“GLOBAL COMMERCE” MMC “STANDARTPARK” şirkətinin  Azərbaycan ərazisində fəaliyyət göstərən eksklüziv distribütorudur. Biz sözügedən beynəlxalq  istehsalçının yeni standartlarla irəliləyən müasir məhsullarını təqdim edirik.    

“STANDARTPARK” 12 illik fəaliyyəti ərzində Azərbaycan, Ukrayna, Gürcüstan, Belarus, Qazaxıstan, Moldova və digər ölkələrdə alıcıların inam və rəğbətini qazanmışdır. Müəssisə göstərilən müddət ərzində dünya standartlarına uyğun yüksək təcrübəsini nümayiş etdirmişdir.

“STANDARTPARK” şirkətinin zavodları yüksək səviyyəli idarəetmə və Avropa standartlarına cavab verən məhsulları ilə fərqlənir. Eyni zamanda, “İSO-9001:2009” sertifikatı ilə sertifikatlaşdırılmışdır.

Bizim çeşidlərimiz çöl-yağış sularının axını sistemləri üçün istifadə olunan “Class A 15”-dən “Class F 900”-dək ağırlığa davamlı fibrobeton, polimerbeton və plastikdən ibarətdir. Bununla yanaşı, şirkətimiz dekorativ yaşıl otlar üçün nəzərdə tutulan  setka-barmaqlılar təklif edir (Газонная решётка).

“STANDARTPARK” Azərbaycanda  tikinti ərazilərində istifadə olunan bütün məhsullarının davamlılığına görə tam cavabdehlik daşıyır.

Hazırda adı çəkilən şirkət Ukrayna, Rusiya, Belarus, Qazaxıstan, Moldova və ABŞ-da öz məhsulları ilə parklar, nəqliyyat magistralları, körpülər, yükdaşıma terminalları, hava limanları, stadionlar, sənaye-tikinti əraziləri, yaşayış evləri və binalarını su təhlükəsindən qoruyur.

 

Şirkətin məhsulları aşağıdakı ərazilərdə quraşdırılmışdır:

-         ARDNŞ-in yanacaq doldurma stansiyaları, Ukrayna;

-         “Kreml” və “Qırmızı” meydança, Rusiya;

-         “Şeremetov” və “Vnukovo” hava limanları, Rusiya;

-         “Alma-Ata” hava limanı, Qazaxıstan;

-         Paşa İnşaat tikinti obyektləri, Azərbaycan;

-         Dənizkənarı parklar, Rusiya və Ukrayna;

-         “Dinamo” stadionu, Ukrayna;

-         “Arena Lvov” stadionu, Ukrayna;

Tikinti ərazisini və ətrafını çöl-yağış sularından təmizlənməsi sistemi ilə əlaqədar “GLOBAL COMMERCE” sizə sərfəli əməkdaşlıq təklif edir.

  

Translate This Page

Copyright © 2013-2023 Global Commerce MMC